...

Dünyada koronavirusa yoluxanların sayı 635 milyona çatır

Dünya xəbərləri Materials 13 Noyabr 2022 11:48 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 635 milyona çatır

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 634 983 244 nəfərə çatıb.

Trend xəbər verir ki, bunu, bazar günü beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusdan ölənlərin sayı isə 6 609 692 nəfərə çatıb.

Məlumata əsasən, ən çox yoluxma halları ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniyada qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti