Bakı. Trend:
ABŞ-ın İqlim Məsələləri üzrə Xüsusi Nümayəndəsi Con Kerri Şarm əl-Şeyxdə keçirilən COP-27 konfransı zamanı koronavirusa yoluxub.
Trend xəbər verir ki, bu barədə cümə günü ABŞ Dövlət Departamentinə istinadən "Reuters" agentliyi məlumat yayıb.
"O, "buster" doza da daxil olmaqla tam peyvənd olunub və yüngül simptomlar keçirir. O, COP-27-nin uğurlu nəticəsini təmin etmək üçün danışıqlar qrupu və xarici həmkarları ilə telefonla işləyir", - deyə məlumatda bildirilir.