...

ABŞ yeni strateji "B-21 Raider" bombardmançı təyyarəsini təqdim etdi

Dünya xəbərləri Materials 3 Dekabr 2022 08:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ nüvə silahı daşıya bilən yeni nəsil "B-21 Raider" strateji bombardmançı təyyarəsini təqdim edib.

Trend-in məlumatına görə, təqdimat mərasimi Kaliforniya ştatının Palmdeyl şəhərindəki "Northrop Grumman Corporation" korporasiyasının zavodunda baş tutub.

ABŞ Hərbi Hava Qüvvələri 34 ildən sonra ilk dəfə olaraq yeni nəsil bombardmançı təyyarəsini təqdim edib.

Yeni təyyarə "stels" kamuflyaj texnologiyası ilə təchiz edilib. "Northrop Grumman" şirkətinin sözlərinə görə, bu, dünyada ilk altıncı nəsil bombardmançıdır. O, həm adi, həm də nüvə silahlarını daşıya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti