...

Yəməndə məsciddə partlayış olub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 3 Dekabr 2022 09:26 (UTC +04:00)
Yəməndə məsciddə partlayış olub, ölən və yaralananlar var

Trend-i buradan izləyin

Bakı. Trend:

Yəmənin şərqindəki Hadramaut əyalətində məsciddə partlayış törədilib.

Trend xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Məlumata görə, hücum edən şəxs Uadi Haul kəndindəki məsciddə cümə namazı qılınan zaman ibadət edənlərə əl qumbarası atıb.

Təhlükəsizlik orqanlarının əməkdaşları hadisəni törədən şəxsi saxlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti