...

İndoneziya sahillərində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 3 Dekabr 2022 14:40 (UTC +04:00)

Bakı. Trend:

İndoneziyanın Yava adası sahillərində 6,7 bal gücündə zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 126 min nəfər əhalisi olan Paseh şəhərindən 49 km cənub-qərbdə, zəlzələ ocağı isə 118 km dərinlikdə yerləşib.

Tələfat barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti