...

Argentinanın kapitanı Messi DÇ-2022-də Niderland ilə oyunun çətin olacağını gözləyir

Dünya xəbərləri Materials 4 Dekabr 2022 11:09 (UTC +04:00)
Argentinanın kapitanı Messi DÇ-2022-də Niderland ilə oyunun çətin olacağını gözləyir

Bakı. Trend:

Argentina millisinin kapitanı və hücumçusu Lionel Messi Qətərdə keçirilən Dünya Çempionatının 1/4 finalında Niderland millisi ilə oyundan gözləntilərini açıqlayıb.

Trend bu barədə bazar günü Argentina millisinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Bizi çox çətin oyun gözləyir. Məncə, son dərəcə çətin olacaq, topu bizdən almaq istəyəcəklər. Dünya Çempionatının bu mərhələsində matçlar daha da çətinləşir", - deyə L.Messi bildirib.

Qeyd edək ki, DÇ-2022-nin 1/4 final mərhələsi çərçivəsində Argentina - Niderland oyunu dekabrın 9-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti