...

Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib

Dünya xəbərləri Materials 7 Dekabr 2022 22:29 (UTC +04:00)

Bakı. Trend:

Avropa Komissiyası çərşənbə günü Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib, bu paket çərçivəsində daha 200 nəfər və müəssisə, üç bank, dörd telekanal, hərbi sənaye kompleksi şirkətləri qara siyahıya salınacaq. Paketə, həmçinin ikili təyinatlı dronların və onların komponentlərinin tədarükünə ixrac məhdudiyyətləri də daxil olacaq.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

"Biz qara siyahıya daha 200-ə yaxın insanın və biznesin daxil edilməsini təklif edirik", - deyə Komissiya rəhbəri qeyd edib. Onun sözlərinə görə, Avropa Komissiyası “yüksək rütbəli Rusiya hərbçiləri, parlamentarilər, qubernatorlar, nazirlər, siyasi partiyalar və şirkətləri” qara siyahıya salmağı planlaşdırır. Onların adları və şirkət adları yalnız yeni sanksiyalar paketi Avropa İttifaqı (Aİ) Şurası tərəfindən təsdiqləndikdən və Aİ-nin Rəsmi Jurnalında dərc edildikdən sonra məlum olacaq.

"Avropa Komissiyası, həmçinin Rusiya Regional İnkişaf Bankı üçün ümumi əməliyyat qadağası da daxil olmaqla, daha üç banka qarşı sanksiyaların tətbiq edilməsini təklif edib. Biz həmçinin bir sıra kimyəvi maddələr, elektronika, komponentlər və Rusiya hərbi-sənaye kompleksinin istifadə edə biləcəyi hər şey daxil olmaqla ikili təyinatlı məhsullara qarşı ixrac məhdudiyyətlərini təklif edirik. Biz, həmçinin Rusiyanın bütün növ dronlara çıxışını kəsəcəyik, Rusiyaya pilotsuz uçuş aparatlarının birbaşa çatdırılmasını və üçüncü ölkələrə, məsələn, Rusiyaya pilotsuz təyyarələr verə bilən İrana ixracını qadağan etməyi təklif edirik", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti