...

Dünyanın ən varlı ailələrinin reytinqi hazırlanıb

Dünya xəbərləri Materials 8 Dekabr 2022 11:13 (UTC +04:00)
Dünyanın ən varlı ailələrinin reytinqi hazırlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nahyanın ailəsi dünyanın ən zəngin ailəsi kimi tanınıb.

Trend xəbər verir ki, bu barədə cümə axşamı "The Times" məlumat yayıb.

Bildirilir ki, onun sərvətinin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, eləcə də müxtəlif şirkətlərə və daşınmaz əmlak bazarlarına sərmayə qoyuluşu da daxil olmaqla səriştəli investisiya siyasəti təşkil edir. "Bloomberg"in məlumatına görə, Əl Nahyanların sərvəti təxminən 300 milyard dollardır.

Əbu-Dabili ailə maliyyədən robototexnikaya qədər müxtəlif sahələrdə 27 mindən çox işçisi olan "Royal Group"un sahibidir. Ailə İngiltərənin "Mançester Siti" futbol klubunda, İlon Maskın SpaceX şirkətində və Rihannanın "Savage x Fenty" moda evində pay sahibidir.

Reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar dəyərində qiymətləndirilən "Walmart" mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb. İlk beşliyə həmçinin eyniadlı şirniyyat şirkətinin təsisçiləri Mars ailəsi (160 milyard dollar), "Koch Industries" sənaye konqlomeratını idarə edən Koh ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanı kral ailəsi (105 milyard dollar) daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti