...

Niderland çiplər üçün avadanlıqların Çinə ixracını məhdudlaşdıra bilər

Dünya xəbərləri Materials 8 Dekabr 2022 20:23 (UTC +04:00)
Niderland çiplər üçün avadanlıqların Çinə ixracını məhdudlaşdıra bilər

Bakı. Trend:

Niderland hökuməti müəyyən növ mikroçiplərin istehsalı üçün zəruri olan avadanlığın Çinə ixracına yeni məhdudiyyətlər tətbiq etməyi düşünür.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, təklif olunan məhdudiyyətlər istehsal prosesi 14 nanometrə qədər olan və ya daha təkmil növlər üçün çiplərin istehsalında istifadə edilən avadanlıqların satışına təsir göstərəcək.

Agentlik mənbələrinin bildirdiyinə görə, bu təşəbbüs Pekinin çip istehsalı və hərbi sənayedəki ambisiyalarını cilovlamaq üçün Vaşinqtonun səylərini dəstəkləyən bir addımdır. Yeni ixrac nəzarəti tədbirlərinin tətbiqi yanvar ayında razılaşdırıla bilər. Bu məsələ ilə bağlı danışıqlar hələ də davam edir və şərtlər dəyişə bilər.

Bloomberg-in məlumatına əsasən, Ağ Evin Milli Təhlükəsizlik Şurasında texnologiya sənayesinə nəzarət edən Tarun Çabra noyabrın sonunda ABŞ ticarət nazirinin sənaye və təhlükəsizlik məsələləri üzrə müavini Alan Estevezlə birlikdə Niderlanda səfər edərək niderlandlı həmkarları ilə ixraca nəzarət məsələlərini müzakirə edib.

Niderland və Yaponiya ABŞ-dan sonra qabaqcıl yarımkeçiricilərin istehsalı üçün avadanlıq və texnologiyaların aparıcı təchizatçılarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti