...

Moskvada ticarət mərkəzində güclü yanğın olub, ölən var

Dünya xəbərləri Materials 9 Dekabr 2022 12:44 (UTC +04:00)
Moskvada ticarət mərkəzində güclü yanğın olub, ölən var

Bakı. Trend:

Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində yanğın baş verib.

Trend-in TASS-a istinadən məlumatına görə, 17 min kvadratmetr ərazini əhatə edən yanğın nəticəsində mühafizəçi ölüb.

Məlumata görə, ticarət mərkəzində təhlükəsizlik tələblərinə cavab verməyən qaynaq işləri aparılıb və nəticədə hadisə baş verib. Yanğın söndürülüb.

Yanğın nəticəsində obyektə dəymiş ziyanın miqyasını müəyyən etmək üçün kvadrokopterdən istifadə edilir. Hadisə yerində Rusiya İstintaq Komitəsinin, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti