...

ABŞ-da gənc azərbaycanlı rəssamların sərgisi keçirilib (FOTO)

Dünya xəbərləri Materials 17 Dekabr 2022 08:18 (UTC +04:00)
ABŞ-da gənc azərbaycanlı rəssamların sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Florida Ştatının Mayami şəhərində gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət rəsm sərgisinin açılış mərasimi olmuşdur.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Səfirliyin və “Dirçəliş”-Gənclərin Sosial-Pisxoloji Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan sərgi 16-21 dekabr tarixlərində ziyarətçılər üçün açıq olacaqdır. Sərgi Azərbaycan- ABŞ arasında diplomatik münasibərlərin qurulmasının 30 illiyinə həsr olunmusdur.

Açılış mərasimi Mayami və ətraf şəhərdə yaşayan soydaşlarımızın, o cümlədən burada akreditə olunmuş diplomatik korpus nümayəndələrinin və yerli rəsimlərin iştirakı ilə baş tutub.
Tədbirdə çıxış edən səfirliyin ikinci katibi Mahmud Mahmudov Azərbaycanın zəngin mədəniyyətindən, ölkəmizdə incəsənətin tarixindən bəhs etmiş, rəssamlara dövlət səviyyəsində qayğı və dəstəyin olduğunu bildirib.

O, həmçinin qarşıdan gələn Dünya Azırbaycanlılarının Həmrəyliyi günü münasibətilə qonaqları təbrik edib. Bayramın əhəmiyyəti və 31 dekabrın Dünya Azərbaycanlıları üçün Həmrəylik günü elan olunmasında Ümummilli Lider Heydər Əliyevin rolunu vurğulayıb.

Daha sonra çıxış edən “Dirçəliş”-Gənclərin Sosial-Pisxoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev göstərilən dəstəyə görə təşəkkürünü bildirmiş, rəsim əsərləri və təşkilatın fəaliyəti haqqında məlumat verib.

Bu sərginin gənc rəssamların iştirakı ilə təşkil olunan 22- ci beynəlxalq sərgi olduğunu diqqətə çatdırıb.

Sonda rəssamlara sərgidə iştirak etdikləri üçün xatirə sertifikatları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti