Bolqarıstanın cənubunda temperatur rekordu qeydə alınıb

Dünya xəbərləri Xəbər 17 Dekabr 2022 22:21 (UTC +04:00)

Bakı. Trend:

Bolqarıstan meteoroloqları şənbə günü ölkədə daha bir temperatur rekordu qeydə alıblar.

Trend xəbər verir ki, ölkənin cənubunda yerləşən Haskovo şəhərində hava 19,8 dərəcəyə qədər isinib ki, bu da 1991-ci ildə qeydə alınan əvvəlki rekorddan 1,1 dərəcə yüksəkdir.

1991-ci ildə bu şəhərdə dekabrın 17-də 18,7 dərəcə isti qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti