...

Tailandın döyüş gəmisi batıb, 31 əsgər axtarılır

Dünya xəbərləri Materials 19 Dekabr 2022 10:04 (UTC +04:00)
Tailandın döyüş gəmisi batıb, 31 əsgər axtarılır

Bakı. Trend:

Tailand donanmasının “Sukhotay” döyüş gəmisi Siam körfəzi sularında fırtına səbəbindən batıb.

Trend TASS-a istinadən xəbər verir ki, gəmidəki 106 donanma əsgərindən 75-ni xilas etmək mümkün olub. Daha 31 nəfərin axtarışları davam etdirilir.

Tailandın Hərbi Dəniz Qüvvələri kömək üçün hadisə yerinə gəmilər və helikopterlər göndərib. Qəza yerinə Banqsafan limanından yedək gəmiləri gəlib.

Məlumata görə, güclü külək nəticəsində gəmiyə dolan su elektrik sistemini sıradan çıxarıb və gəmini idarə etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti