Bakı. Trend:
Müflis olmuş kriptovalyuta birjası FTX-nin qurucusu və keçmiş baş direktoru Sem Benkman-Frid ABŞ-a ekstradisiya olunduqdan sonra hakim qarşısına çıxarılıb.
Trend “Axios” nəşrinə istinadən xəbər verir ki, o, məhkəmə iclasından sonra 250 milyon dollar girov müqabilində sərbəst buraxılıb. Qərara görə, Benkman-Frid Kaliforniyanın Palo-Alto şəhərindəki valideynlərinin evində yaşamalıdır və daim nəzarətdə saxlanılacaq.
Növbəti məhkəmə iclası 2023-cü il yanvarın 3-də Nyu-Yorkda keçiriləcək.
Benkman-Frid fırıldaqçılıq, kriptovalyutaların qiymət manipulyasiyası və çirkli pulların yuyulmasında ittiham olunur. Bu cinayətlərə görə maksimum cəza 115 il həbsdir.
Qeyd edək ki, Benkman-Frid Baham adalarında saxlanılaraq ABŞ-a ekstradisiya olunub.