Bakı. Trend:
Perunun cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ölkənin Geofizika İnstitutundan məlumat verilib.
Məlumata əsasən, yeraltı təkanların episentri Kilka şəhərindən 11 kilometr qərbdə, ocağı isə 80 kilometr dırinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilmir.