...

Meksikada avtobus dərəyə aşıb, çox sayda ölən var

Dünya xəbərləri Materials 31 Dekabr 2022 21:42 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Nayarit ştatında sərnişin avtobusu dərəyə aşıb.

Trend xəbər verir ki, bu barədə şənbə günü "La Jornada" qəzeti məlumat yayıb.

Məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Bildirilir ki, avtobusda Quanaxuato əyalətindən olan 48 meksikalı turist olub. Bu regionun qubernatoru Diyeqo Rodriges qəza nəticəsində çox sayda insanın ölməsi ilə əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə və xəsarət alanlara hər cür yardım göstəriləcəyini vəd edib.

İlkin məlumata əsasən, qəzaya səbəb sürət həddinin aşılması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti