...

Şotlandiya dağlarında qar uçqunu olub, bir nəfər ölüb

Dünya xəbərləri Materials 1 Yanvar 2023 09:02 (UTC +04:00)
Şotlandiya dağlarında qar uçqunu olub, bir nəfər ölüb

Bakı. Trend:

Şotlandiyanın Ben-Nevis dağ silsiləsinin şimal divarında qar uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "The Guardian" nəşri xəbər verib.

Bildirilib ki, polis qar uçqunu barədə dekabrın 30-da yerli vaxtla saat 15:35 radələrində məlumat alıb.

Köməyə xilasedicilər qrupu və helikopter göndərilib. 48 yaşlı alpinist hadisə yerində ölüb, 40 yaşlı idmançı isə Fort-Uilyamdakı Belford xəstəxanasına aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti