Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabil şəhərində hava limanı yaxınlığında partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə ölkənin "Khaama Press" agentliyi məlumat yayıb.
Eyni zamanda, "Al Jazeera" telekanalı bildirir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var.
Partlayışın səbəbi, ölənlər və yaralananların sayı barədə məlumat verilmir.