...

Kabil hərbi aerodromunun yanında partlayış baş verib, ölənlər var

Dünya xəbərləri Materials 1 Yanvar 2023 12:53 (UTC +04:00)
Kabil hərbi aerodromunun yanında partlayış baş verib, ölənlər var

Bakı. Trend:

Əfqanıstanın Kabil şəhərinin hərbi aerodrom yaxınlığında baş verən partlayış nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Əfqanıstana nəzarət edən "Taliban" hərəkatından olan Daxili İşlər Nazirliyinin nümayəndəsi Əbdül Nafi Takur deyib.

"Bu gün Kabil hərbi aerodromunun birinci qapısında partlayıcı qurğu işə düşüb, nəticədə bir neçə nəfər ölüb və yaralanıb", - deyə o bildirib.

Digər təfərrüatlar verilməyib.

Ölkədə fəaliyyət göstərən silahlı qruplardan heç biri insidentə görə məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti