...

Yəməndə dəyəri 130 milyon dollar olan limanın inşası planlaşdırılır

Dünya xəbərləri Materials 3 Yanvar 2023 08:28 (UTC +04:00)

Bakı. Trend:

Yəmən rəhbərliyi iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır.

Trend xarici "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yəmənin nəqliyyat nazirinin müavini Naser Şurayf bildirib.

O qeyd edib ki, layihənin dəyəri 130 milyon dollar qiymətləndirilir.

Bildirilib ki, limana faydalı qazıntıların daşınması üçün 45 milyon dollarlıq yolun tikintisi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti