...

Çində koronavirusa yoluxanların sayı artıb

Dünya xəbərləri Materials 5 Yanvar 2023 05:25 (UTC +04:00)

Bakı. Trend:

Çində koronavirusa yoluxanların sayının qəfil artması səbəbindən ölkə üzrə krematoriyalar tam dolub.

Trend xəbər verir ki, paytaxt Pekin və Şanxayda yerləşən krematoriyalarda 24 saat ərzində COVID-19-dan dünyasını dəyişənlərin cəsədləri yandırılır.

İşçilərin sözlərinə görə, koronavirusdan dünyasını dəyişənlərin sayı artdığından krematoriyaların işində çətinlik yaranıb.

Lunxuada yerləşən krematoriyaların birinin işçiləri bildirib ki, ora gündəlik olaraq 500-dən çox cəsəd gətirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti