...

Əfqanıstanda güclü zəlzələ olub

Dünya xəbərləri Materials 5 Yanvar 2023 20:27 (UTC +04:00)
Əfqanıstanda güclü zəlzələ olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Əfqanıstanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 161 min nəfərdən çox əhalisi olan Kunduz şəhərindən 177 km şərqdə yerləşib. Mənbə isə 191 km dərinlikdə yerləşib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Özbəkistanın Fövqəladə Hallar Nazirliyi yanında Seysmik Proqnoz Monitorinq Mərkəzindən TASS-a verilən məlumata görə, zəlzələ Özbəkistanın rayonlarında da hiss olunub.

Agentliyin mənbəsinin məlumatına görə, zəlzələ bu gün Daşkənd vaxtı ilə saat 19:25-də (Moskva vaxtı ilə 17:25) baş verib. Zəlzələnin episentrindən Daşkəndə qədər olan məsafə cənub-şərq istiqamətində 562 km olub. Yeraltı təkanların əks-sədasını Özbəkistanın paytaxtı Daşkənd, Surxandərya, Cizzəx, Sırdərya, Səmərqənd, Əndican, Fərqanə, Namanqan, Buxara, Nəvai, Xorəzm vilayətləri və Qaraqalpaqıstan sakinləri hiss ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti