...

Türkiyə İraqla əməkdaşlığı genişləndirməyi hədəfləyir - Ərdoğan

Dünya xəbərləri Materials 10 Yanvar 2023 22:17 (UTC +04:00)
Türkiyə İraqla əməkdaşlığı genişləndirməyi hədəfləyir - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani arasında telefon danışığı olub.

Trend xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-İraq münasibətlərinin vəziyyəti və regional mövzular müzakirə edilib.

R.T.Ərdoğan Ankara ilə Bağdad arasında həm ikitərəfli, həm də regional səviyyədə hərtərəfli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Türkiyə Prezidenti qeyd edib ki, Ankara İraqın sabitliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verir.

R.T.Ərdoğan vurğulayıb ki, PKK terror təşkilatının İraq ərazisində mövcudluğuna son qoyulması bu ölkənin milli təhlükəsizlik maraqlarına cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti