...

Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 8 milyonu ötüb

Dünya xəbərləri Materials 12 Yanvar 2023 20:18 (UTC +04:00)
Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 8 milyonu ötüb

Bakı. Trend:

2022-ci ilin dekabr ayında Türkiyənin Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 23 faiz artaraq, 8 milyon 644 min 967 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 6 milyon 742 min 33 nəfər, beynəlxalq reyslər üzrə isə 46 faiz artaraq 1 milyon 902 min 934 nəfər təşkil edib.

Keçən ilin dekabr ayında hava limanının yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 94 min 221 ton təşkil edib. Bununla yanaşı, 2022-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 57 min 989 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 37 faiz artaraq, 36 milyon 232 min 338 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 71 min 77 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq 53 min 894, beynəlxalq reyslər üzrə isə 21 faiz artaraq 17 min 183 olub.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti