...

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 15 Yanvar 2023 08:57 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Elazığ vilayətində 4,9 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanlar saat 06:36-da Sivrice rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti