Bakı. Trend:
Albaniyada 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanların episentri Tiranadan 23 km şimal-şərqində yerləşib. Zəlzələnin ocağı 2 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.