...

2022-ci ildə Qazaxıstan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb

Dünya xəbərləri Materials 18 Yanvar 2023 17:35 (UTC +04:00)
2022-ci ildə Qazaxıstan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-dekabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 2 min 702 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 612 obyekt çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, keçən ilin dekabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 266 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin dekabr ayı ilə müqayisədə 16 obyekt azdır.

Qeyd edək ki, keçən il Türkiyədə əmlak satışları 2021-ci ilə nəzərən 0,4 faiz azalaraq 1 milyon 486 min 622 olub.

2022-ci ildə xarici vətəndaşlara satılan əmlakların sayı 2021-ci illə müqayisədə 15,1 faiz artaraq 67 min 490 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti