...

ABŞ-da fırıldaqçılar qanunsuz yolla 60 milyon dollardan artıq işsizlik müavinəti alıb

Dünya xəbərləri Materials 24 Yanvar 2023 16:20 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-da COVID-19 pandemiyası dövründə fırıldaqçılar qanunsuz yolla 60 milyon dollardan artıq məbləğdə işsizlik müavinəti alıb.

Trend-in məlumatına görə, bu barədə Baş Nəzarət İdarəsinin (GAO, ABŞ Konqresinin nəzarət-reviziya orqanı) bazar ertəsi dərc olunan hesabatında deyilir.

Məlumata əsasən, cinayətkarlar ödənişləri ABŞ vətəndaşlarının oğurlanmış şəxsi məlumatlarının istifadə olunduğu saxta ərizələrin köməyilə əldə edib. GAO tərəfindən qiymətləndirməyə əsasən, oğurlanmış pulların faktiki məbləği "qat-qat yüksək ola bilər".

"Biz amerikalılar qarşısında borcluyuq, vergi ödəyicilərinin pandemiya zamanı yardım adı altında itirilən yüz milyardlarla dollarlarının israfçılıq, fırıldaqçılıq və sui-istifadə səbəbindən necə itirildiyini müəyyən etməliyik", - CNN telekanalına əsasən ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin rəhbəri Ceyms Komer deyib.

Bundan əvvəl Axios portalının dərc etdiyi qiymətləndirmələrə əsasən, ABŞ-da pandemiya dövründə işsizliyə görə bütün ödənişlərin təqribən yarısının (400 milyard dollar) fırıldaqçıların əlində olduğu deyilirdi. Portalın məlumatlarına əsasən, oğurlanan vəsaitlərin 70 %-ə qədəri nəticədə ölkə sərhədindən keçirilib ki, bu da vəziyyəti milli təhlükəsizlik problemi sırasına daxil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti