...

Tesla rekord gəlir əldə edib

Dünya xəbərləri Materials 26 Yanvar 2023 11:52 (UTC +04:00)

Bakı. Trend:

Amerikanın elektroavtomobil istehsalçısı olan Tesla şirkəti 2022-ci ilin dördüncü rübünün yekunlarına əsasən rekord gəlir əldə edib.

Trend xəbər verir ki, bu barədə şirkətin çərşənbə günü dərc olunmuş press-relizində deyilir.

Korporasiyanın rüblük mədaxili 37% artaraq 24,3 milyard dollara çatıb və bu Tesla tarixində ən yüksək göstəricidir. Ümumilikdə 2022-ci ilin yekunlarına əsasən, şirkətin xalis gəliri ikiqat artaraq 12,6 milyard dollar təşkil edib, yəni mədaxil 51% artaraq 81,5 milyard dollara çatıb.

"Bizim bu il [2023] 2 milyon maşın istehsal etmək potensialımız var, düşünürəm ki, bu həcmə yetərincə tələbat olacaq", - şirkətin sahibi İlon Mask CNBC telekanalında deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti