...

Türkiyədə meşə yanğını baş verib

Dünya xəbərləri Materials 28 Yanvar 2023 02:57 (UTC +04:00)
Türkiyədə meşə yanğını baş verib

Bakı. Trend:

Türkiyənin Alanya vilayətində meşə yanğını baş verib.

Trend-in məlumatına görə, hadisə axşam saatlarında Bayırkozağacı kəndində qeydə alınıb. Yanğının söndürülməsi istiqamətində mübarizə davam edir.

3 ayrı nöqtədə baş verən və fırtınanın təsiri ilə yaşayış məntəqələrinə yaxınlaşan yanğın onun söndürülməsinə çətinlik yaradır.

Yanğının geniş əraziyə yayıldığını ifadə edən Alanya bələdiyyə başçısı Adəm Murat Yücel deyib: "Yanğın baş verən əraziyə yaxın yaşayış məntəqələri yerləşir. Ehtiyat tədbiri olaraq Bayırkozağacı kəndində olan vətəndaşlarımızı təxliyə etdik".

Onun sözlərinə görə, hazırda heç bir problem yoxdur, amma yanğının yayılma ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti