...

Türkiyə XİN Avropaya səfər edərkən diqqətli olmağa çağırıb

Dünya xəbərləri Materials 29 Yanvar 2023 03:45 (UTC +04:00)
Türkiyə XİN Avropaya səfər edərkən diqqətli olmağa çağırıb

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Avropaya səfər etməyi planlaşdıran həmvətənlərini ayıq olmağa çağırıb, əcnəbilərə qarşı, o cümlədən irqçilik zəminində mümkün aksiyalar barədə xəbərdarlıq edib.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında bildirilir.

"Son zamanlar bir sıra Avropa ölkələrində terror təşkilatı ilə əlaqəli qrupların iştirakı ilə ölkəmizə qarşı yönəlmiş təbliğat xarakterli çıxışlar zamanı İslam əleyhinə aksiyaların artması qeyd olunur. Bu vəziyyət Avropada dini dözümsüzlük və nifrətin, irqçi və separatçı hərəkatların təhlükəsinin miqyasını göstərir", - deyə XİN-dən bildirilib.

Bununla əlaqədar Nazirlik Avropa ölkələrində yaşayan və ya bu ölkəyə səfər etməyi planlaşdıran həmvətənlərini ayıq-sayıq olmağa, bu cür etirazların daha da aktivləşə biləcəyi ərazilərdən uzaq durmağa, lazım gəldikdə Türkiyənin səfirlik və konsulluq idarələrinə müraciət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti