Bakı. Trend:
Almaniya və Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Avropa İttifaqında terror təşkilatı siyahısına daxil edilməsi ideyasını dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Berlin və Paris Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən görüşündə SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsinə dəstək ifadə ediblər. Üç həftə ərzində Aİ hüquq xidmətinin bu tədbirin qanuniliyi ilə bağlı rəy hazırlayacağı gözlənilir.