...

Almaniya Braziliyada sosial layihələrə 200 milyon avroya qədər vəsait ayıracaq

Dünya xəbərləri Materials 30 Yanvar 2023 08:19 (UTC +04:00)
Almaniya Braziliyada sosial layihələrə 200 milyon avroya qədər vəsait ayıracaq

Bakı. Trend:

Almaniya hökuməti Braziliya prezidenti Luiz İnasio Lula da Silva hökumətinin ilk 100 günündə sosial layihələrin həyata keçirilməsi üçün əlavə olaraq 200 milyon avroya qədər vəsait ayırmağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə "Folha de S. Paulo" qəzetində müsahibəsində Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şultse deyib.

"Biz təcili olaraq [Braziliya hakimiyyətindən] hakimiyyətdə olan ilk 100 gündə nələr edilə biləcəyinə dair bir proqram almaq istəyirik və bunun üçün hökumətlə razılaşaraq, daha 200 milyon avro məbləğində vəsaitimiz olacaq", - deyə nazir bildirib.

Qəzet bildirib ki, səfər zamanı Almaniya hökumətinin nümayəndələri investisiya qoyuluşunun prioritet istiqamətləri ilə tanış olmağı və bunu nəzərə alaraq sosial sahədə, meşələrin mühafizəsi və enerji sahəsində əməkdaşlıq üçün əməliyyat planları təklif etməyi nəzərdən keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti