...

Bekhem ən sevdiyi futbolçunun adını açıqlayıb

Dünya xəbərləri Materials 3 Fevral 2023 05:21 (UTC +04:00)
Bekhem ən sevdiyi futbolçunun adını açıqlayıb

Bakı. Trend:

"Mançester Yunayted"in və İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem "Paris Sen-Jermen"in hücumçusu Lionel Messini sevimli futbolçusu adlandırıb.

Trend xəbər verir ki, o, bu barədə "ESPN" portalına açıqlamasında bildirib.

"Sevimli oyunçu? Messi. Mən bir çox səbəblərə görə Leonu sevirəm. O, əla atadır, gözəl xarakterə malikdir. Amma mən də onu hamının sevdiyinə görə sevirəm. Oyun oyun tərzinə görə.

Messi çox gözəl futbol oynayır. Argentina ilə Dünya Çempionatında oynaması onun üçün həqiqətən inanılmaz bir an idi", - deyə D.Bekhem bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti