...

Çində magistral yolda baş verən silsilə qəzalarda16 nəfər ölüb

Dünya xəbərləri Materials 5 Fevral 2023 16:01 (UTC +04:00)
Çində magistral yolda baş verən silsilə qəzalarda16 nəfər ölüb

Bakı. Trend:

Çinin mərkəzindəki Hunan əyalətində magistral yolda 49 avtomobilin toqquşması nəticəsində 16 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata əsasən, şənbə günü axşam 10 dəqiqə ərzində beş böyük qəza baş verib. Qəzaların birində yeddi nəfər ölüb, digər üç qəzada - hər birində üç nəfər, daha bir qəzada isə ölən olmayıb. Hadisə zamanı bir neçə avtomobil yanıb.

Eyni zamanda 66 nəfər yaralanıb.

Qəzanın baş verdiyi ərazidə nəqliyyatın hərəkəti bərpa edilib. Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti