...

Bəzi ərəb və Qərb ölkələri Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər

Dünya xəbərləri Materials 5 Fevral 2023 20:03 (UTC +04:00)
Bəzi ərəb və Qərb ölkələri Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər

Bakı. Trend:

Bir sıra ərəb və Qərb ölkələrinin hakimiyyət orqanları Əfqanıstanın paytaxtında diplomatik nümayəndəliklərini bağlamaq qərarına gəliblər.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.

Məlumata əsasən, bu qərara səbəb “təhlükəsizlik sahəsində təhdidlər” olub.

Telekanalın mənbələri hansı ölkələrin Kabildəki səfirliklərinin işini dayandırmaq qərarına gəldiyini açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti