...

Türkiyədə güclü zəlzələ olub (ƏLAVƏ OLUNUB) (FOTO) (VİDEO)

Dünya xəbərləri Materials 6 Fevral 2023 08:44 (UTC +04:00)
Türkiyədə güclü zəlzələ olub (ƏLAVƏ OLUNUB) (FOTO) (VİDEO)

Bakı. Trend:

Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

Trend xəbər verir ki, bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.

XXX

07:41

Türkiyənin Malatya şəhərində 130 bina dağılıb, 100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb.

Trend xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin deyib.

“Axtarış-xilasetmə əməliyyatları davam edir”, - şəhərin valisi vurğulayıb.

Türkiyədə zəlzələ zonasında 4-cü dərəcəli həyəcan elan edilib.

Bunu daxili işlər naziri Süleyman Soylu deyib.

“4-cü dərəcəli həyəcan elan edilib. Hələlik dağıntı və tələfat barədə konkret məlumat yoxdur” – deyə nazir bildirib.

XXX

06:44

Türkiyənin Qaziantep şəhərində ölkədə baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb.

Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

XXX

05:29

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub.

Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti