...

Zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşıb

Dünya xəbərləri Materials 11 Fevral 2023 00:28 (UTC +04:00)
Zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşıb

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Kırıkkale valisi Bülent Tekbıyıkoğlu deyib.

"Hazırda dağıntılar olan yerlərdə axtarış-xilasetmə işlərimizi yekunlaşdırdıq. Bu, burada işimizin bitdiyi demək deyil. Biz yalnız axtarış-xilasetmə işlərimizi tamamladıq. 872 dağılmış binada canlı insanların olması xəbərlərinə müdaxilə etdik. 41 vətəndaşımızı xilas etdik. 379 vətəndaşımız bu fəlakətdə yaralandı. Təəssüf ki, 413 nəfər həlak olub", - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.

Eyni zamanda Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib.

Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədilə toplama məntəqələri yaradılıb. Azərbaycan vətəndaşları könüllü şəkildə bu yardım məntəqələrinə gələrək yardımlarını edirlər.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da "Qardaş Köməyi" platforması vasitəsilə öz yardımlarını Türkiyəyə çatdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti