...

Fəlakət zonasında 25 mindən çox Türkiyə hərbçisi çalışır - Hulusi Akar

Dünya xəbərləri Materials 12 Fevral 2023 10:04 (UTC +04:00)
Fəlakət zonasında 25 mindən çox Türkiyə hərbçisi çalışır - Hulusi Akar

Bakı. Trend:

Türkiyənin on vilayətində axtarış-xilasetmə əməliyyatlarında 25 067 hərbi qulluqçu iştirak edir, 63 aviasiya vasitəsi ilə dağıdıcı zəlzələlər (7,7 və 7,6 bal gücündə) zonasına “hava humanitar dəhlizi” ilə 707 uçuş həyata keçirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir xatırladıb ki, Müdafiə Nazirliyinin böhran mərkəzi birinci zəlzələdən yarım saat sonra yaradılıb və güclü təkanlar nəticəsində Müdafiə Nazirliyinin obyektlərinə də ziyan dəyib, hərbçilər arasında həlak olanlar var.

"Fəlakətdən qısa müddət sonra "İncirlik" hava bazası xilasediciləri və humanitar yardımları çatdıran, eləcə də zərərçəkənləri təxliyə edən mülki gəmilərin istifadəsinə verilib. Hava bazasında yüklərin sonrakı paylanması üçün toplandığı logistika mərkəzi yaradılıb", - deyə nazir bildirib.

Bundan əlavə, yüklərin daşınması üçün "İncirlik"də 57 helikopter göndərilib və onlar artıq 710 uçuş həyata keçirib.

Nazirin sözlərinə görə, pilotsuz uçuş aparatları da fəlakət zonasında işlərin əlaqələndirilməsinə yardım edir. Son günlərdə 41 pilotsuz uçuş aparatı 394 saatdan çox uçuş həyata keçirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti