...

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Suriyada transsərhəd yardım üçün iki yeni məntəqənin açılmasını istəyib

Dünya xəbərləri Materials 13 Fevral 2023 20:23 (UTC +04:00)

Bakı. Trend:

ABŞ BMT Təhlükəsizlik Şurasını Suriyaya transsərhəd yardımın çatdırılması üçün əlavə iki məntəqənin açılmasına dair qətnaməyə səs verməyə çağırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin bazar günü yaydığı bəyanatında deyilir.

"Türkiyə və Suriyada baş verən zəlzələlərin səbəb olduğu humanitar böhran beynəlxalq ictimaiyyət tərəfindən təcili tədbirlər görülməsini tələb edir. Biz BMT rəhbərliyi tərəfindən Suriyanın şimal-qərbindəki insanlara yardımın çatdırılması üçün Təhlükəsizlik Şurasının iki əlavə məntəqənin açılmasını təsdiqləməsi ilə bağlı çağırışları eşitmişik, biz dərhal qətnaməyə səs verməliyik" - diplomat deyib.

Qeyd edək ki, humanitar yardımın Türkiyədən Suriyanın şimal-şərqinə çatdırıldığı Bab-əl-Həva keçid məntəqəsi fevralın 9-da fəaliyyətoni bərpa edib. Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş transsərhəd yardım mexanizmi çərçivədə fəaliyyət göstərən yeganə keçid məntəqəsidir. Zəlzələdən sonra yollar zədələndiyindən keçid məntəqəsi bağlanmışdı, onun buraxılış qabiliyyəti azalıb.

Qərb ölkələri və BMT əlavə transsərhəd keçid yardım məntəqələrinin açılmasına çalışırlar. BMT-nin Baş katibi Antonio Quterriş fevralın 9-da BMT Təhlükəsizlik Şurasının üzvlərinin Türkiyədən Suriyaya əlavə keçid yardım məntəqələrinin açılmasına nail olacağına ümid etdiyini bildirib. Suriya hökuməti bütün ölkə ərazisində humanitar yardımın Dəməşq şəhərindəki mərkəzi hakimiyyətin xəbəri ilə göstərilməli olduğunda israr edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti