...

Qazaxıstan Türkiyəyə 55 ton humanitar yardım göndərəcək

Dünya xəbərləri Materials 15 Fevral 2023 08:03 (UTC +04:00)
Qazaxıstan Türkiyəyə 55 ton humanitar yardım göndərəcək

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin tapşırığına uyğun olaraq, Qazaxıstan Respublikası Türkiyə Respublikasına əlavə humanitar yardım göstərəcək.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, bu məsələ Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyarın sədrliyi ilə hökumət Komissiyasının iclasında müzakirə edilib.

Humanitar yardıma ümumi çəkisi təxminən 55 ton olan geyim (isti gödəkçələr və şalvarlar), qış çadırları, metal çarpayılar, yataq dəstləri və digər zəruri əşyalar daxildir.

Yüklər hava yolu ilə Türkiyənin Qaziantep şəhərinə göndəriləcək.

Qazaxıstanın dəstəyi Türkiyəyə bu ilin fevral ayının əvvəllərində ölkənədə baş verən dağıdıcı zəlzələlərin nəticələrini aradan qaldırmaqda kömək etmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti