...

TikTok Avropada məlumat emalı üzrə iki mərkəz açacaq

Dünya xəbərləri Materials 17 Fevral 2023 14:05 (UTC +04:00)
TikTok Avropada məlumat emalı üzrə iki mərkəz açacaq

Bakı. Trend:

Çinin TikTok sosial şəbəkəsi Avropada məlumat emalı üzrə daha iki mərkəz açmaq və avropalı istifadəçilərin məlumatlarını ora ötürmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə şirkətin Avropa şöbəsinin rəhbəri Riçard Uotervort sosial şəbəkənin saytında xəbər verib.

"Cəmiyyətimizin böyüməsi ilə əlaqədar olaraq Avropada məlumatların saxlanması imkanlarını genişləndirməyə çalışırıq. İrlandiyada məlumat emalı üzrə ikinci mərkəzin yaradılması planının hazırlanması bitmək üzrədir", - o deyib.

"Həmçinin Avropada üçüncü data-mərkəzin yaradılması üzrə danışıqlar aparırıq", - deyən Uotervort onun harada yerləşəcəyini açıqlamayıb.

Riçard Uotervort TikTok-un avropalı istifadəçilərinin məlumatlarının ötürülməsinin bu il başlayacağını və 2024-cü ilədək davam edəcəyini bildirib. İstifadəçilər haqqında məlumatlar hazırda Sinqapurda və ABŞ-da saxlanılır.

Qısa videolar yükləməyə imkan verən TikTok sosial şəbəkəsi 2017-ci ildə istifadəyə verilib, beynəlxalq versiyası isə 2018-ci ildə yaradılıb. Şəbəkənin sahibi Çinin ByteDance texnologiya şirkətidir. Sosial şəbəkənin Avropa ölkələrində istifadəçilərinin sayı 150 milyonu keçib. Sosial şəbəkə xüsusən uşaqlar və yeniyetmələr arasında populyardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti