...

Türkiyə xarici işlər nazirinə yeni müavinlər təyin edilib

Dünya xəbərləri Materials 18 Fevral 2023 10:08 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə xarici işlər nazirinə yeni müavinlər təyin edilib.

Trend-in məlumatına görə, bu barədə qərar "Resmi Gazete"də dərc olunub.

Qərara əsasən, Türkiyə Respublikasının İspaniya Krallığındakı səfiri Burak Akçapar və Türkiyə Respublikasının Avropa İttifaqı yanında daimi nümayəndəsi Mehmet Kamal Bozay nazir müavini təyin ediliblər.

Xarici işlər nazirinin müavini Faruk Kaymakcı isə Türkiyə Respublikasının Avropa İttifaqı yanında daimi nümayəndəsi təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti