️Bakı. Trend:
Ermənistan İstintaq Komitəsi general-mayor Qriqori Xaçaturovu saxlayıb, onun həbsi ilə bağlı vəsatət hazırlanır.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata əsasən, 3-cü ordu korpusunun keçmiş komandiri olan Q.Xaçaturov baş prokuror Anna Vardapetyanın keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət təqibi üçün parlamentdən icazə almasından sonra saxlanılıb.