...

KİV: Zəlzələ nəticəsində Suriyada 5 nəfər ölüb

Dünya xəbərləri Materials 21 Fevral 2023 06:22 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Hatay əyalətində baş verən zəlzələ nəticəsində Suriyada 5 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə ərəb telekanalları məlumat yayıb.

"Al Arabiya" telekanalının məlumatına əsasən, 4 nəfər ilk yeraltı təkanlardan sonra ürək tutması nəticəsində ölüb. Telekanal həmçinin binanın uçacağı təqdirdə dağıntılar altında qalmaq qorxusundan insanların evlərin pəncərəsindən özlərini atması hallarının da olduğunu bildirir.

Zəlzələ nəticəsində ölənlərin olması barədə rəsmi məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti