...

Britaniyada daha 18 şirkət 4 günlük iş həftəsinə keçəcək

Dünya xəbərləri Materials 21 Fevral 2023 12:21 (UTC +04:00)

Bakı. Trend:

Britaniyanın 18 şirkəti, o cümlədən təhsil, informasiya texnologiyaları və maliyyə sahəsindəki bir neçə şirkət ötən il aparılan təcrübənin nəticələrinə əsasən daimi əsasda 4 günlük iş rejiminə keçəcəklərini açıqlayıb.

Trend bu barədə "Financial Times" qəzetinə istinadən xəbər verir.

Ötən ilin ortalarında başladılmış qısaldılmış iş həftəsi pilot layihəsində ümumilikdə 61 şirkət iştirak edib.

Qəzetin məlumatına görə, 2022-ci ilin ikinci yarısında bu şirkətlərin gəliri orta hesabla üçdə bir dəfədən çox artıb. İşdən çıxarılmaların sayı əhəmiyyətli dərəcədə azalıb, tükənmə həddinə qədər çalışanların sayı azalıb. Əməkdaşların 40%-i daha az stres keçirdiklərini açıqlayıb.

Şirkətlər qısaldılmış iş həftəsini müxtəlif cür tətbiq ediblər. Belə ki, bəziləri cümə gününü istirahət günü elan edib, digərləri isə əməkdaşların iş vaxtının 80%-ni çevik qrafiklə işləməsinə imkan verib.

Təcrübə Oksford və Kembric universitetlərinin, Boston kollecinin, "4-Day Week" qrupundan olan fəalların və "Autonomy" analitik mərkəzinin təşəbbüsü ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti