...

Almaniyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Dünya xəbərləri Materials 22 Fevral 2023 10:50 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar ayında İspaniyadan Türk limanlarına 13 milyon 898 min 706 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İspaniyadan limanlara 1 milyon 827 min 875 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 11 miyon 820 min 621 ton yük çatdırıb.

Bu müddət ərzində İspaniya bayraqlı gəmilərlə Türkiyə limanlarına 250 min 210 ton yük çatdırılıb. 2023-cü ilin yanvar ayında Türkiyə limanlarına İspaniyadan 2 milyon 831 min 638 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Türkiyə limanları 31 milyon 991 min 861 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 1 milyon 908 min 95 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 83 min 766 ton olub.

Bununla yanaşı, 2023-cü ilin yanvar ayında Türkiyə limanlarından 6 milyon 497 min 512 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti