Bakı. Trend:
Almaniya kansleri Olaf Şolts cümə günü Vaşinqtona səfər edəcək və burada ABŞ prezidenti Co Bayden ilə görüşəcək.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, liderlər Ukraynaya dəstək, Rusiyanı məsuliyyətə cəlb etmək və transatlantik təhlükəsizliyi gücləndirmək səylərini müzakirə edəcəklər.
Onların həmçinin regional və qlobal təhlükəsizlik, Hind-Sakit okean regionunda əməkdaşlıq və “Çinin yaratdığı problemlərin həllində birgə işləmək” mövzularını müzakirə edəcəyi gözlənilir.