...

Fransada etiraz aksiyaları zamanı 855 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 22 Mart 2023 07:31 (UTC +04:00)
Fransada etiraz aksiyaları zamanı 855 nəfər saxlanılıb

Bakı. Trend:

Fransa polisi son bir neçə gündə ölkədə pensiya islahatına qarşı keçirilən etiraz aksiyaları zamanı müxtəlif qanun pozuntularına görə 855 nəfəri saxlayıb.

Trend xəbər verir ki, bu barədə "BFM" telekanalına müsahibəsində Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

"İndiyədək bütün Fransada 855 nəfər saxlanılıb, onlardan 843-ü artıq həbs edilib", - deyə nazir bildirib.

O, həmçinin qeyd edib ki, cümə axşamı Fransada pensiya yaşının artırılmasına qarşı kütləvi etirazlar gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti