...

Ekvadorda sürüşmə nəticəsində itkin düşənlərin sayı 71-ə çatıb

Dünya xəbərləri Materials 29 Mart 2023 04:22 (UTC +04:00)
Ekvadorda sürüşmə nəticəsində itkin düşənlərin sayı 71-ə çatıb

Bakı. Trend:

Ekvadorun mərkəzindəki Alausi şəhərində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 71 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin fövqəladə hallar üzrə idarəsi öz "Twitter" səhifəsində bildirib.

"8 nəfər ölüb, 30 nəfər yaralanıb, 71 nəfər itkin düşüb", - deyə qeyd olunub.

Məlumata əsasən, 32 nəfər xilas edilib. Ərazidə dağıntıların təmizlənməsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti